Qluqovski: “Minalanmış ərazilərin xəritələrinin verilməsindən imtina norma və konvensiyaların pozulmasıdır”

QARABAĞ 29 mar 2021, 12:50
Artıq bir neçə aydır ki, Azərbaycanda azad edilmiş ərazilərin minalardan təmizlənməsi davam edir. Bu proses erməni tərəfinin minalanmış ərazilərin xəritələrini təqdim etməməsi səbəbindən çətin şəraitdə baş verir. Eyni zamanda, Qarabağda yaşayan ermənilər də minalardan əziyyət çəkirlər, lakin bu İrəvanı dayandırmır.

Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş sədr müavini, general-mayor Mixail Qluqovski Caliber.Az-a vəziyyəti şərh edərkən deyib ki, minalanmış ərazilərin xəritələrinin təqdim edilməsindən imtina beynəlxalq norma və konvensiyaların pozulmasıdır.

“Əlbəttə ki, məsələnin diplomatik yollarla həll olunmasını istərdim. Axı “kor-koranə” minalardan təmizləmə çətin işdir. Əgər nəticə yoxdursa, beynəlxalq təşkilatlara müraciət edilməlidir. Xüsusi strukturlara malik Birləşmiş Millətlər Təşkilatı bu məsələdə ən fəal şəkildə iştirak edə bilər”, - deyə o bildirib.

M.Qluqovskinin sözlərinə görə, mülki itkilər də ayrı bir məsələdir:

“İndi bu əraziləri ziyarət etmək fikrindən daşındırmaq üçün insanlara necə təsir edə bilərik? Ukraynada da bununla qarşı-qarşıyayıq və indi Donetskdə (Ukraynanın Donetsk bölgəsində insanların getməyə çalışdığı “boz zonalar” mövcuddur- red.) bu yöndə fəal məlumatlandırma işləri görülür. Bunun üçün çox sayda könüllü lazımdır”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top