İranın televiziyasının “Facebook” səhifəsi birdəfəlik bağlandı

DÜNYA 28 mar 2021, 11:03
“Facebook” şirkəti İranın ingilisdilli Press TV televiziya kanalının akkauntunu birdəfəlik bağlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti xüsusi bildiriş yayıb. Bildirişdə deyilir ki, televiziya kanalı “Facebook” sosial şəbəkəsinin prinsiplərinə zidd işlər görür. Lakin bu işlərin nədən ibarət olması haqqında heç bir açıqlama verilməyib.

Qeyd edək ki, Press TV-nin “Facebook” səhifəsi bir neçə dəfə müvəqqəti olaraq bağlanıb. Lakin “Facebook” şirkəti bu dəfə kanalın səhifəsini birdəfəlik bağlamaq qərarına gəlib.

Kanalın rəhbərliyi heç bir prinsipin pozulmadığını, səhifənin bağlanmasının siyasi xarakter daşıdığını bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top