BDU-nun müəllimi vəfat etdi — FOTO

HADİSƏ 27 mar 2021, 23:52
Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Kriminalistika laboratoriyasının müdiri, Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müəllimi Nəriman İsa oğlu Hüseynov vəfat edib. 

Demokrat.az
-ın xəbərinə görə, N.Hüseynov 1966-1971-ci illərdə Bakı Dövlət Universitetinin Kimya fakültəsində, 1974-1978-ci ildə Sverdlovsk Hüquq İnstitutunda təhsil alıb. 1979-cu ildən etibarən Azərbaycan Respublikasıda DİN-nin Kriminalistika və İstintaq idarələrində müxtəlif məsul vəzifələrdə çalışıb. 

Allah rəhmət eləsin!

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top