YapiKredi Müraciət Forması
Kriminal

Bakıda 30 000 dollarlıq oğurluq oldu

Bakıda 30 000 dollarlıq oğurluq oldu

Yasamal rayon ərazisində qarajların birindən 30 000 ABŞ dolları dəyərində məişət əşyaları və kolleksiya markaları oğurlanıb.

DİN-in Mətbuat xidmətindən Demokrat.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları əməliyyat keçiriblər.

Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar İ.Qədirov, İ.İlyasov və Ə.Əsgərov saxlanılıblar.

Demokrat.az

D
demokrat.az