Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) Rusiyanın 5 şəhərindən Azərbaycana aviareyslərin həyata keçirilməsi üçün verilən icazələri geri çağırıb.
Demokrat.az xəbər verir ki, bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.
Bildirilib ki, martın 23-də qurumun iclası keçirilib. İclasın nəticəsində aviareyslərin həyata keçirilməsi üçün verilən bir sıra icazələrlə bağlı qərar qəbul edilib.
“İjavia” aviaşirkətinə məxsus Həştərxan-Bakı, Volqoqrad-Bakı, Ulyanovsk-Bakı, Rostov-na-Donu-Bakı aviareysləri üçün verilmiş icazələri aviaşirkətin ərizəsi əsasında geri çağırıb. Bu cür qərar "Red Wings" aviaşirkətinin Krasnoyarsk-Bakı aviareysinə də tətbiq edilib.
Agentlik "Red Wings" aviaşirkətin müraciəti əsasında da oxşar qərar çıxarıb.(report.az)