"Formula 1" məşhur şirkətlə müqaviləni uzatdı

İDMAN 06 mar 2021, 20:25
"Formula 1" təkər tədarükçüsü "Pirelli" şirkəti ilə müqavilənin müddətini uzadıb.

"Report" "Autosport" nəşrinə istinadən xəbər verir ki, yeni sözləşmə 2024-cü ilin sonuna qədər nəzərdə tutulub.

Əvvəlki müqavilə 2023-cü ilin sonunda başa çatmalı idi.

Qeyd edək ki, "Formula 1"də 2021 mövsümü 26 - 28 martda Bəhreyn Qran-prisi ilə start götürəcək. Azərbaycan Qran-prisi 4 - 6 iyunda gerçəkləşməlidir.

Demokrat.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top