Şaxtalı hava kartof sahələrinə ziyan vurdu — VİDEO

SOSİAL 06 mar 2021, 18:02
Cəlilabadda şaxtalı hava kartof sahələrinə ciddi ziyan vururb.

Baku TV xəbər verir ki, hava şəraiti belə davam edərsə məhsuldarlıq kəskin şəkildə aşağı düşə bilər.

Yığımı gələn aya nəzərdə tutulan kartof kollarını şaxta vurması nəticəsində məhsul götürmək imkanı xeyli azalıb. Kənd sakinləri mülayim havalarda əkinlərin üzərindəki polietlen örtükləri açmaqla yanmış kolları canlandırmağa çalışırlar.

Mövcud hala rayonda kütləvi halda kartof becərilən Maşlıq, Muğan və Kazımabad kəndlərində daha çox rast gəlinir.

Mütəxəssislər bildirir ki, bu cür havalarda fermerlər ziyana düşməmək üçün əvvəlcədən öz əkinlərini sığortalamalıdırlar.

Ətraflı süjeti təqdim edirik:
 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top