İntihar edənlərin maşına vurduğu zərəri kim ödəməlidir? — VİDEO

SOSİAL 03 mar 2021, 16:31
Son vaxtlar Bakı şəhərində baş verən intihar hadisələrində maraqlı situasiya üzə çıxır. İntihar edən şəxs özünü binadan atarkən avtomobilin üzərinə düşür və avtomobilə kifayət qədər ciddi ziyan dəyir. Belə olan halda ortaya sual çıxır: İntihar edən şəxs dünyasını dəyişərsə avtomobilə dəymiş ziyan kim tərəfindən ödənilməldir?

Demokrat.az xəbər verir ki, əgər avtomobilin kasko sığortası varsa həmin kasko sığorta çərçivəsində sığorta təminatı alına bilər. Çünki bu dəymiş ziyandır. Əgər avtomobilin kasko sığortası yoxdursa onda dəymiş ziyanı iki variantla almaq mümkün olur.

Birinci variant ondan ibarətdir ki, intihar edənlərin bəziləri çox nadir halda ola bilər ki, onu intihara kimsə sövq eləyib. Qüvvədə olan Cinayət Məcəlləsində özünü öldürmə həddinə çatdırma ilə bağlı müddəa mövcuddur. Həmin cinayətdə kiminsə təqsiri olduğu sübuta yetirilsə, özünü öldürmə həddinə çatdıran adam həm də özünü öldürmə ilə bağlı dəymiş ziyanı da qarşılamalıdır. Nəzəri cəhətdən bu mümkündür. Lakin bu, intihar hadisələrinin demək olar ki, mində birində sübuta yetirilir.

İkinci variant da onda ibarətdir ki, intihar edən şəxs sadəcə öz iradəsi ilə öz həyatına qəsd edib. Belə olan halda nəzəri cəhətdən mümkündür ki, Mülki Məcəlləyə görə onun miras aktivləri qalıbsa (mülkü və ya bankda pulu qalıbsa) həmin miras aktivləri çərçivəsində zərərçəkmiş onun varislərindən maddi ziyanın ödənilməsini tələb etsin. Amma miras aktivləri yoxdursa bu zaman özünə qəsd edən şəxsin ailə üzvlərindən dəymiş ziyanın əvəzinin ödənilməsi tələb edilə bilməz. Yəni məlum olsa ki, intihar edən şəxsin məsələn bankda 50.000 manat pulu və ya evi, maşını var, o zaman zərərçəkmiş şəxs  dəymiş ziyanı onun ailəsindən tələb edə bilər.(avtosfer.az)





 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top