"İnşallah azad olunmuş torpaqlarda YAP-ın qərargahları, məntəqələri tikilər" — Əməkdar artist

SOSİAL 02 mar 2021, 23:01
Xəbər verdiyimiz kimi, martın 5-də Yeni Azərbaycan Partiyasının növbədənkənar qurultayı keçirilməsi planlaşdırılır.

Demokrat.az
bildirir ki, məsələ ilə bağlı "yenisabah.az"-a danışan YAP-ın üzvü və Əməkdar artist Elza Seyidcahan qurultay olarsa, bir sıra müsbət yeniliklərə imza atılacağına inandığını qeyd edib:

“Qurultay olacaqsa, bu haqda müsbət düşünürəm. Yeni Azərbaycan Partiyası günü-gündən inkişaf edir. Qələbədən sonra partiyada daha yaxşı yeniliklər olacağına inanıram. İnşallah işğaldan azad olunmuş torpaqlarda YAP-ın qərargahları, məntəqələri tikilər və YAP-a daha çox gənc axın edər. Bu bizə Ulu öndər Heydər Əliyevdən bir töhfədir, Allahın zinətidir. Bir yerdə ki, Yeni Azərbaycan Partiyasının adı var, əlbəttə də o adı Allah günü gündən yeniləyəcək, gözəlləşdirəcək. Mən də bir bəstəkar olaraq hər zaman YAP-ın özəl günlərində öz əsərlərimlə, musiqilərimlə çıxış etməyə hazıram, bunu özümə borc bilirəm. Ümid edirəm ki, 2025-ci ildə  YAP-ın xətti ilə millət vəkili adını daşıya bilərəm. Namizədliyimi yenə verəcəyəm, inşallah, arzuma nail olaram” - deyə E.Seyidcahan bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top