Kafe-restoranlarda ən çox bu qaydalar pozulub

SOSİAL 01 mar 2021, 22:05
Fevralda AQTA tərəfindən 18 395 monitorinq həyata keçirilib və 885 nöqsan aşkar edilib.

Agentlikdən Demokrat.az-a bildirilib ki, Bakı şəhəri üzrə ən çox nöqsan Səbail rayonunda  (20 nöqsan), ən az nöqsan isə Qaradağ rayonunda (2 nöqsan) aşkarlanıb.

Ən çox rast gəlinən nöqsanlar bunlardır:

İşçilərin tibbi maskadan istifadəsinə nəzarət edilməməsi (istifadə etməmələri) və tibbi maskanın təmin edilməməsi - 734 (83 %);

Masa (2 metr)  və oturacaqlar (1 metr) arasındakı məsafə ilə bağlı tələbə riayət olunmaması - 107 (12%);

Ümumilikdə, 25.09.2020-ci il tarixdən etibarən AQTA tərəfindən ölkə üzrə fəaliyyət göstərən ictimai iaşə müəssisəsində 51173 monitorinq həyata keçirilib və 2992 nöqsan müəyyənləşdirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top