Lənkəranda kişi qadını bilmədən öldürdü

HADİSƏ 27 fev 2021, 20:38
Lənkəran rayonunda yol qəzası olub.

Bu barədə Demokrat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın 26-da saat 9 radələrində rayonun İstisu qəsəbəsi ərazisində qəsəbə sakini V.Abdullayev idarə etdiyi “İveco” markalı avtobusu arxaya verərkən yolu keçən həmkəndlisi X.Heydərovanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Lənkəran Şəhər Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top