Elmira Süleymanova da AMEA-da işləyir


SOSİAL 26 fev 2021, 14:21
"Mən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda təzə işçi deyiləm. 60 ildən çoxdur ki, burada çalışıram. Buradakılar mənim doğma kollektivimdir. Ona görə burada hər şey yaxşıdır".

Demokrat.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın keçmiş Ombudsmanı Elmira Süleymanova deyib.

"Eyni zamanda mən Azərbaycanın ilk ombudsmanı kimi öz fəaliyyətimi davam etdirirəm. Fevralın 24-də ABŞ-da bizim diaspor tərəfindən keçirilmiş konfransda çıxışım oldu. Çıxışımda Xocalı faciəsi, onu törədənlər, faciənin nəticələri, dinc əhaliyə qarşı qırğın törədilməsi, bunun bir genosid olması barədə danışdım. Eyni zamanda, Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında əldə etdiyimiz qələbəmiz haqda konfrans iştirakçılarına məlumat verdim", - E.Süleymanova əlavə edib.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top