Vilayət Eyvazovdan yeni TƏYİNAT

SİYASƏT 26 fev 2021, 10:14
Daxili İşlər orqanlarında yeni təyinat olub.

Unikal.org-un məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Elnur Həsənov Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinə xidmət üzrə rəis müavini təyin olunub.

Qeyd edək ki, o, daha öncə Naftalan Rayon Polis Şöbəsində rəisin şəxsi heyətlə iş üzrə köməkçisi vəzifəsində çalışıb.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top