Elman Nəsirov: "Elektrik enerjisindən qanunsuz istifadənin qarşısını almaq üçün qanuna dəyişiklik edilsin"

GÜNDƏM 23 fev 2021, 16:41
“Elektrik enerjisinin talan olunması və enerjidən qanunsuz istifadə hallarının qarşısının alınması məqsədilə sahibkarlarla bağlı qanunvericiliyə dəyişiklik edilməlidir”.

Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elman Nəsirov deyib.

Deputat təklif edib ki, enerji qaz, su təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən təchizat müəssisələrinin balansında olan ötürülmə vasitələrinə baxış keçirilsin və həmin vasitələrə nəzarət edilməklə qanunsuz istifadə edilmə hallarının rəsmiləşdirilməsi həyata keçirilsin: “Sahibkarlıq sahəsində yoxlamalar aparmaq səlahiyyəti dövlət orqanı və ya publik hüquqi şəxslərə verilir. “Azərişıq” ASC-yə isə yoxlama aparmaq səlahiyyəti verilmir. “Azərişıq” ASC müqavilə tərəfdaşı olan sahibkarlar və istehlakçılar üzərində hər hansı nəzarət mexanizmi olmadığından bunu həyata keçirə bilmir. Aparılan təhlillər onu göstərir ki, elektrik enerjisinin talan olunması, adətən, gecə saatlarında və qeyri-iş günlərində fasiləsiz olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan obyektlər tərəfindən edilir. Belə olan halda enerjinin talan olunması faktlarının keçirilən reydlərdə aşkar olunması mümkün deyil”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top