"Bu, nə əttökənlikdir, nə ədəbazlıqdır" — Nanə haqqında SƏRT AÇIQLAMA

ŞOU-BİZNES 12 fev 2021, 13:26
“Bu, nə əttökənlikdi axı? Bu, nə ədəbazlıqdı? Adam da öz verilişini özünə həsr edər?! Xəstədi ee həqiqətən bunlar. Narsizm xəstəsi”.

Demokrat.az xəbər verir ki, bu fikirləri peşəkar televeziyaçı Vüsalə Mirzəyeva ATV-nin aparıcısı Nanə Ağamalıyeva haqqında özünün facebook səhifəsində yazarkən bildirib.

V.Mirzəyeva daha sonra yazıb:

“Biri hər dəfə maqazin proqramında özü-öz verilişində qonaq kimi müsahibə verir. İndi də  ATV-də Nanə öz verilişini öz ”yaradıcılığına” həsr edib. Hər il həm öz ad günlərini öz verilişlərində qeyd edirlər, bahalı hədiyyələr yığırlar müğənnilərdən.

Gah özünə klip çəkdirib, öz efirində təqdimat edir, hər sifətə düşən müğənnilərə özünü təriflətdirir, indi də özünə ad günü edir, a kişiiii, öz verilişində. Hörmətli şəxslərdən süjet tipli müsahibələr götüzdürür, guya fövqəladə istedada, səsə malikdir, özü də ortada durub guya utanırcasına reaksiyalar verir. Utanan qələt eliyər, öz verilişində özünə sicillləmə yazdırar. Axı nə qədər vacib adamsan sən? Aparıcı kimi boşluqdan çıxmış adam, özü deyib-özü yersiz gülən…

Müğənni adını isə, ümumiyyətlə, demək olmaz bunun üçün. Amma bu sənətçilər də nə qədər ikiüzlü, efir üçün min dona girən, yaltaqca sözlər filan…ay daa.. Dəlixanadı vallah….

Heç Roza Tağıyeva özünə bu günə kimi süjet də elətdirmiyib. Proqramlar yalvarsa da, efirə çıxmır qonaq kimi. Ölkə üçün vacib işlər görən telejurnalistlər bir yerdə müsahibə belə verməkdən çəkiniblər ki, qeyri-təvazökarlıq olar. Sən neyləmisən axı? 5-6 müğənnini studiyaya yığıb, mahnı oxutdurursan neçə ildi də, sonra da cibinə bərəkət! Həqiqətən də atalar düz deyib: “Boş qazan çox səs çıxarar! Yuh yaaanii..

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top