“Allah üzünüzü heç ağ eləməsin, ay “Azəriqaz” — Narazılıq getdikcə artır

GÜNDƏM 11 fev 2021, 17:30
Daha bir jurnalist “Azəriqaz”ın “sayğac əməliyyatı”ndan zərərə düşdüyünü bildirib.

Demokrat.az xəbər verir ki, jurnalist Yusif Məhəmmədoğlu saytımıza açıqlamasında bildirib ki, evdə istilik sistemi olmasa da, bu ay gözlənilməz şəkildə qazpulu çox gəlib:

“Məndə “pitiminutka” və bir də qaz plitəsidir. Kombi yoxdur. Belə bir mənzərə son sayğac dəyişmələrindən sonra yaranıb. Allah üzünüzü heç ağ eləməsin, ay “Azəriqaz”. 40 manat qazpulu olar?”.



Yusif Məhəmmədoğlu vurğulayıb ki, əvvəllər həmişə 10-12 manat qazpulu ödədiyi halda fərqin dörd dəfə artması başadüşülən deyil.

Görünən odur ki, “Azərişıq rəhbərliyi vətəndaşları incitməklə narazılıqların pik həddə çatmasında maraqlıdır. Görəsən, aidiyyəti dövlət strukturları bütün bunları görmürmü?!(konkret.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top