Bakıda zəncirvari qəza: VAZ “Maserati” ilə toqquşdu — VİDEO

HADİSƏ 11 fev 2021, 10:40
Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Baku TV xəbər verir ki, hadisə Səbail rayonu, Üzeyir Hacıbəyov və Səməd Vurğun küçəsinin kəsişməsində qeydə alınıb.

Beş avtomobilin iştirakı ilə baş verə qəzada əvvəlcə VAZ 2115 markalı minik maşını “Maserati”yə çırpılıb. Zərbənin təsirindən “Maserati” “Jeep”ə, daha sonra “Kraysler” və “Hyundai” markalı maşına dəyib. 

Hadisə nəticəsində VAZ 2115-in sürücüsü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.



Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top