"Barselona"nın stadionu vaksinasiya mərkəzi olacaq

DÜNYA 09 fev 2021, 20:50
İspaniyanın "Barselona" klubunun ev oyunlarını keçirdiyi "Kamp Nou" stadionu koronavirusa qarşı kütləvi vaksinasiya mərkəzi olacaq.

Demokrat.az xəbər verir ki, Kataloniya Səhiyyə Departamenti peyvəndlərin Barselonaya kütləvi çatdırılması zamanı arenanı müvafiq tibbi tələblər üçün hazırlamaq istəyir.

Şöbə əhalinin əksəriyyətini mümkün qədər tez aşılamağı planlaşdırır. Bunun üçün isə geniş sahə tələb olunur. "Kamp Nou" stadionu bu tələblərə cavab verdiyindən səlahiyyətli nümayəndələr klub rəhbərliyi ilə əvvəlcədən məsləhətləşmələr aparıblar. Təklif müsbət qarşılansa da, qərarı klubun yeni seçiləcək prezidenti də təsdiqləməlidir.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top