“Bildiniz ki, Rozanı haradan vurmaq olar” — Roza

ŞOU-BİZNES 09 fev 2021, 12:50
Müğənni Roza Zərgərli övladları haqda yazılan xəbərlərə sərt reaksiya verib.

Demokrat.az xəbər verir ki, Tarix Əliyevin “Günə bir şou” proqramında qonaq olan ifaçı ailəsi haqda yazanları məhkəməyə verəcəyini açıqlayıb:

“Mən illər əvvəl verilişdə dedim ki, sənəti olan insanı bir cür vurmaq olar - övladları ilə. Bunu demək mənim səhvim oldu. Və siz bildiniz ki, Rozanı haradan vurmaq olar. Bu yaxınlarda bir məhkəmədə uduzmuşam, üzürxahlıq da edəcəm. Bundan sonra kimsə jurnalist təhsili almayıbsa, təcrübəsi yoxdursa onu məhkəməyə verəcəyəm. Öldü var, döndü yoxdur. Allahdan qorxmaq lazımdır. Mənim haqqımda yaza bilərlər ki, Əkbərlə sevgilidir və ya Tolikin evindən çıxdı. Amma zərrə qədər də günahı olmayan qıza ləkə yapışmaz. Mən anayamsa bu adı uca tutub cavab qaytarmıram. Amma hamınızı məhv edərəm!”.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top