Azərbaycanda 65 yaşdan yuxarı şəxslərin vaksinasiyası başladı

SOSİAL 08 fev 2021, 08:56
Bu gün – fevralın 8-dən etibarən Azərbaycanda 65 yaşdan yuxarı şəxslərin COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesinə başlanılıb.

“Report” xəbər verir ki, ölkədə bu kateqoriyaya aid olan təqribən 700 000 vətəndaş var.

Belə ki, 65 yaşdan yuxarı randevu.its.gov.az internet ünvanında qeydiyyatdan keçmiş hər bir vətəndaş SMS məlumat göndərilərək peyvəndləşməyə dəvət olunacaq.

Qeyd edək ki, yanvarın 18-dən etibarən Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesi başlayıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top