İbrahimoviç 500-cü qolunu vurdu — VİDEO

İDMAN 07 fev 2021, 21:27
“Milan”ın forvardı Zlatan İbrahimoviç İtaliya A seriyasının 21-ci turu çərçivəsində keçirilən matçda klub karyerası ərzində 500-cü qolunu vurub.

“Sports” xəbər verir ki, “Krotone” klubuna qarşı oyunda İbra iki dəfə fərqlənərək dubla imza atıb.

39 yaşlı isveçli “Milan” formasında 83 dəfə fərqlənib. 

Qeyd edək ki, ölkəmizdə də çoxsaylı pərəstişkarları olan İbrahimoviç karyerası ərzində “Malmö”, “Ayaks”, “Yuventus”, “İnter”, “Barselona”, “PSJ”, “Mançester Yunayted”, “Los-Anceles Qalaksi”  kimi klublarda çıxış edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top