“Hər il ölənlərin sayı artacaq” — Bill Qeytsdən PROQNOZ

DÜNYA 07 fev 2021, 20:38
“Microsoft” şirkətinin qurucusu Bill Qeyts bəşəriyyəti gözləyən qlobal təhlükələrdən danışıb. 

Onun sözlərinə görə, gələcəkdə iqlim dəyişikliyi və bioterrorizm nəticəsində hər il ölənlərin sayı artacaq:
 
“İstiləşmə ilə bağlı təbii kataklizmlərdən ölənlərin sayı hər il artacaq. Koronavirus pandemiyası dövründən çox qurbanlar olacaq.

Bundan başqa, bütün bəşəriyyətə geniş ziyan vurmaq istəyən hər kəs yeni bir ölümcül virus yarada bilər”.
 
B.Qeyts həmçinin, yaxınlaşan yeni pandemiya ilə bağlı da xəbərdarlıq edib: “Dünyadakı milyonlarla insanı müharibə yox, daha ölümcül bir virus məhv edəcək”./Modern.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top