Azərbaycandakı xarici diplomatlar Xudafərin körpüsündə oldu

QARABAĞ 06 fev 2021, 17:36
Ermənistanın işğalından azad olunan Cəbrayıl və Zəngilan rayonlarına səfər edən Azərbaycandakı xarici səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Cəbrayıl şəhərindəki vəziyyətlə tanış olduqdan sonra Xudafərin körpüsü istiqamətinə yola düşüblər.

“Report”un işğaldan azad edilən ərazilərə ezam olunan əməkdaşı xəbər verir ki, diplomatlar hazırda Xudafərin körpüsünün yerləşdiyi ərazidə olublar.

Xarici diplomatlara Xudafərin körpüsünün erməni işğalı nəticəsində məruz qaldığı dağıntılarla bağlı məlumat verilib.

Diplomatları Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov və başqaları müşayiət edirlər.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top