Ərdoğan azərbaycanlı alimi yüksək vəzifəyə təyin etdi


XARİCİ SİYASƏT 06 fev 2021, 10:14
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkədə yaşayıb fəaliyyət göstərən azərbaycanlı alim Aygün Attara yüksək vəzifə verib.

“Report”un xəbərinə görə, dövlət başçısının müvafiq qərarı “Resmi Gazete”də dərc olunub.

Qərara əsasən, professor A.Attar Türkiyə Prezidenti Administrasiyasının Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü təyin edilib.

Qeyd edək ki, Aygün Attar 1962-ci ildə Qubadlı rayonunda anadan olub. O, 1986-cı ildə Bakı Dövlət Universitetini bitirib, 1993-cü ildə Rusiya Elmlər Akademiyasının Tarix şöbəsində doktorluq müdafiə edib.

A.Attar 1990-cı illərin ortalarından Türkiyədə yaşayır və Türkiyə vətəndaşıdır. 2012-2016-cı illərdə Türkiyənin Girəsun Universitetinin rektoru olub. Azərbaycan tarixi və mədəniyyətinin təbliği istiqamətində fəaliyyət göstərən professor ermənilərin Azərbaycan və Anadolu türklərinə qarşı törətdiyi soyqırımlara həsr olunmuş bir çox məqalənin müəllifidir.

Ərdoğan azərbaycanlı alimi yüksək vəzifəyə təyin edib

Demokrat.az
Loading...


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top