Sumqayıtda avtoxuliqanlıq edən avtobus sürücüsü saxlanıldı — FOTO

HADİSƏ 05 fev 2021, 00:35
Sumqayıtda işıqforun qırmızı işığında keçən avtobus sürücüsü yol polisinin “Saxla” əmrinə tabe olmayıb.

Demokrat.az “Report”a istinadən xəbər verir ki, o, hərəkəti davam etdirib. Sumqayıt Dövlət Yol Polisi əməkdaşları şəhərin mərkəzi hissəsində sürət həddini aşaraq hərəkət edən avtobusu maneə ilə saxlayıblar.

Avtoxuliqanlıq edən sürücünün nəqliyyat vasitəsini sərxoş idarə etdiyi bildirilir.

Məlumata görə, o, hadisə zamanı yol polisinin avtomobilini də əzib.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top