"Ermənistan müharibədə bir çox səhvlərə yol verdi" — Oskanyan

SİYASƏT 04 fev 2021, 23:25
“Ermənistan rəhbərliyi, imkanları çatmadığı təcavüzkar xarici siyasət yürütməklə öz imkanları ilə Azərbaycanın imkanları arasındakı uyğunsuzluğu böyük ölçüdə və ölümcül şəkildə qiymətləndirə bilmədi. Ermənistan həm Rusiyanın, həm də Qərbin münaqişəyə müdaxilə etmək istəyini və imkanlarını da səhv qiymətləndirdi”.

Demokrat.az
xəbər verir ki, bunu Birmingem Universitetinin baş elmi işçisi Gevorq Oskanyan “Eurasia.org”a müsahibəsində söyləyib.

O, əlavə edib ki, Ermənistan eyni zamanda regional siyasətdəki dəyişikliklər – ən əsası, Türkiyənin daha aktiv xarici siyasətini düzgün qiymətləndirmədi. Bütün bu hadisələr bir araya gələrək, Bakının qəti bir qələbə ilə başa çatan müharibəyə başlamasına imkan verdi.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top