Xəstəxana Rəmişin durumu ilə bağlı açıqlama yaydı

İNCƏSƏNƏT 04 fev 2021, 15:19
Bakı Sağlamlıq Mərkəzi hazırda bu tibb müəssisəsində müalicə alan xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynovun (Rəmişin) vəziyyəti ilə bağlı məlumat yayıb.

Mərkəzdən Demokrat.az-a bildirilib ki, xalq artisinin huşunda aydınlaşma müşahidə olunub:

"Azərbaycanın xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynovun (Rəmişin) səhhətində xroniki xəstəliklərin kəskinləşməsi nəticəsində ciddi problemler yaranıb. O, yanvar ayının 28-də Heydər Əliyev fondunun xətti ilə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilmişdir. Rafiq Hüseynov mərkəzimizə çox ağır halda, huşu qapalı, komatoz vəziyyətdə daxil olmuşdur. Son dövr qaraciyər yetməzliyi və bir sıra yanaşı xəstəlikləri səbəbindən xəstə reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilmişdir. Intensiv müalicə nəticəsində vəziyyəti nisbətən stabilləşmiş, huşunda aydınlaşma müşahidə olunmuşdur. Hal hazırda müalicəsi davam etdirilməsinə baxmayaraq vəziyyəti hələ də orta ağır olaraq qiymətləndirilir".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top