“Azəriqaz” məhkəməyə verildi — Səbəb

HADİSƏ 03 fev 2021, 13:20
Yevlax şəhərində “Azəriqaz” İstehsalat Birliyi məhkəməyə verilib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Yevlax şəhər sakini Ceyran Nəsirova Yevlax rayon Məhkəməsinə müraciət edib. O, iddia ərizəsində “Azəriqaz”ın əıməkdaşlarının böyük məbləğdə pul yazdığını göstərib.

İddiaçı “Azəriqaz”ın əməkdaşlarının yazdığı şişirdilmiş məbləğin silinməsini istəyib.

Ceyran Nəsirovanın iddia ərizəsi baxılması üçün Yevlax rayon Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Günay  Cavadovanın icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top