Millimiz səfərdə Yunanıstanı məğlub etdi

İDMAN 02 fev 2021, 22:05
Bu gün futzal üzrə Azərbaycan millisi AÇ-2022-nin seçmə mərhələsində ikinci oyununa  çıxıb.

Demokrat.az
xəbər verir ki, 3-cü qrupda yer alan Joze Alesio Da Silvanın komandası səfərdə Yunanıstan yığması ilə qarşılaşıb.
 
Afinadakı Daiss İdman Sarayında keçirilən matç millimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
 
Bu nəticədən sonra Azərbaycan yığması 6 xalla qrupa başçılıq edir. Xalı olmayan Yunanıstan isə sonuncudur.

Qeyd edək ki, yığmamız qrupdakı ilk oyununda evdə Slovakiyanı 4:1 hesabı ilə məğlub edib. Yunanıstan isə səfərdə Moldovaya uduzub - 1:3.


2 fevral

AÇ-nin seçmə mərhələsi
III qrup
 
Yunanıstan - Azərbaycan - 0:3
Qollar: Vassura, 1.04, Eduardo Borqes, 1.38, Ramiz Çovdarov, 25.58
Hakimlər: İbrahim El Jilali, Lars Van Leeuven (Niderland).
Afina. "Daiss" İdman Sarayı.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top