Saxta nömrə ilə maşın idarə edən sürücü həbs edildi

HADİSƏ 02 fev 2021, 20:43
Bakıda polisin qanuni əmrinə tabe olmayan sürücü həbs edilib.

Demokrat.az
xəbər verir ki, Samux rayon sakini, 1983-cü il təvəllüdlü Kamil Mirsayad oğlu Muradov idarə etdiyi “Khazar” markalı avtomobilin üzərinə Litva Respublikasına məxsus saxta dövlət qeydiyyatı nişanını təhkim edərək fevralın 1-də paytaxtın Səbail rayonu ərazisində yol hərəkəti qaydasını pozub.

Sürücü ərazidə xidmət aparan polis əməkdaşlarının saxla işarəsinə tabe olmayaraq hadisə yerindən uzaqlaşmağa başlayıb. Polis əməkdaşları sürücünü dayandırdıqdan sonra K.Muradov mübahisə etməyə başlayıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, saxlanılan sürücü ərazi aidiyyəti üzrə 9-cu polis bölməsinə gətirilib və barəsində toplanılmış materiallar Səbail Rayon Məhkəməsinə göndərilib. K.Muradov fevralın 2-də məhkəmənin qərarı ilə 20 gün müddətinə inzibati qaydada həbs edilib və nəqliyyat vasitəsini idarəetmə hüququ 1 ilədək məhdudlaşdırılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top