APA-dan Prezidentə qoyulan SENZURA

SİYASƏT 02 fev 2021, 18:11
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində yüksək post tutan bir neçə məmuru Şuşa şəhərinə göz dikdiyinə görə sərt tənqid etdi. Dövlət başçısının konkret ad çəkdiyi məmurlar arasında Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov da var.

Prezident bildirdi ki, Fövqəladə Hallar naziri Şuşada FHN-nin Qarabağ regional mərkəzini yaratmaq istəyir, əslində məqsədi torpaq zəbt etməkdir.

“Fövqəladə Hallar Nazirliyi. Nazir mənə müraciət edib ki, icazə verin, orada biz Fövqəladə Hallar Nazirliyinin Qarabağ regional mərkəzini yaradaq, Şuşa şəhərində. Yenə də eyni məqsədlə, yenə də torpaq, hələ ki, orada indi heç kim yoxdur, yenə də hasar, yenə də nə bilim tikanlı məftil, iqamətgah”, - dövlət başçısı bildirib.

Ölkə başçısının bu çıxışı həm də Azərbaycan mediasında kimlərin hansı nazirə, yaxud qruplara bağlı olduğunu da göstərdi. Vüsalə Mahirqızının rəhbərlik etdiyi media holdinqdə Prezidentin çıxışına qoyulan senzura bu kontekstdə diqqət çəkir.

Vüsalə Mahirqızı rəhbərlik etdiyi KİV-lərdə Prezidentin bu vacib çıxışını görməzlikdən gəldi, sadəcə müsahibəni dərc etməklə kifayətləndi. Halbuki, ölkənin peşəkar mediası dövlət başçısının geniş müsahibəsindən çıxan nəticələri ayrı-ayrılıqda işıqlandırmışdı. Bu, peşəkar yanaşmanın V.Mahiqızının mediasında sərgilənməməsi suallar yaradır.

Vüsalə Mahirqızı, Prezidentə niyə senzura tətbiq edir?
Kəmaləddin Heydərov ona bağlı media qrupunda Prezidentə müxalif formalaşdırır?
Maraqlıdır, Kəmaləddin Heydərov Prezidentin əleyhinə yazı yazmağını istəsə, V.Mahiqrızı necə davranacaq?

Son hadisə ilə aktuallaşan bu suallar isə dövlətin informasiya təhlükəsizliyinə ciddi risklər yaradır.

Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top