Mühacirətdəki TV rəhbəri Əli Kərimlini təhqir etdi — FOTOFAKTLAR

DAXİLİ SİYASƏT 02 fev 2021, 16:22
Xaricdə mühacir statusu alıb Azərbaycan dövlətinin rəhbərliyinə qarşı iyrənc kampaniya aparanların özlərinin bataqlıq içində olması haqda dəfələrlə təkzibolunmaz faktlar yayılıb, onların əməlləri ifşa edilib.

Bəlli olur ki, əslində onların “Youtube” kanalında kanal açaraq apardıqları şər kampaniyasının arxasında heç də saf niyyət dayanmır. Əsas məqsəd bu şəbəkəni idarə edənlərdən daha çox pul qoparmaqdır. Hətta bu mübarizədə şəbəkə üzvləri bir-birləri haqda təhqirlər səsləndirir, iyrənc oyunlar oynayırlar.

KONKRET.az xatırladır ki, Hər cümləsində söyüş və təhqirlərə yol verənlərdən biri də Diktator TV adı altında virtual fəaliyyət göstərən Manaf Cəlilazadədir. Onun hansı iyrənc əməllərlə məşğul olması haqda yazının sonunda təqdim edəcəyimiz screen-shot-lar aydın fikir yaradır. Məlum olur ki, o öz yaxınlarını və uzun müddət qulluq etdiyi Əli Kərimlini belə söyüb təhqir etməkdən çəkinmir.

M.Cəlilzadənin onunla əməkdaşlıq edən şəxslərdən biri ilə yazışması yayılıb. Həmin yazışmada Cəlilzadənin özünə yeni qurban hazırladığı görünür. Qarşı tərəfə vədlər verir və ona deyir ki, “Mənim Əli Kərimli haqda yazdıqlarımı sil, sonra da hamıya de ki, o yazılar feykdir, özün düzəldib yaymısan”. “Qurban” “Camaat inanmaz axı” deyə etiraz eedir. M. Cəlilzadə isə “Camaat qoyundur, hər şeyə inanır. Tüpürüm Əli Kərimliyə də, onun müxalifətinə də. Onlar da qoyundurlar. Sən dediklərimi et, səni diktator TV-yə moderator edəcəm” deyə reaksiya verir. Ardınca isə sözügedən yutub tv-də olan digər moderatorlar haqda söyüş söyür. Yazışmanın sonunda qarşı tərəf onunla razılaşır.

Vaxtilə digər mühacir söyüş müxalifəti haqda da onlarla belə biabırçı faktlar ortaya çıxıb. İndi bu biabırçılıqdan sonra Manaf Cəlilazadənin insanların qarşısına hansı üzlə çıxacağı çox maraqlıdır. Azərbaycan dövlətinin əleyhinə onlarla bu kimi fəaliyyət göstərən şarlatanlar var ki, hələ də hansısa Avropa ölkəsinə sığınıb sərbəst fəaliyyət göstərə bilir. Halbuki onlar öz fəaliyyətlərində vətəndaşları açıq şəkildə itaətsizliyə, dövlət çevrilişinə, qanunsuz küçə aksiyalarına, dövlətin Konstitusiya quruluşunu dəyişdirməyə çağırırlar. Bu kimi hallar isə nəinki Azərbaycanda, bütün sivil dövlətlərdə cinayət məsuliyyəti yaradır.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top