“Gallup International”: Azərbaycanda əhali hökumətin pandemiyaya qarşı mübarizəsindən razıdır


SİYASƏT 01 fev 2021, 23:20
Azərbaycanda COVID-19 pandemiyası ilə mübarizə sahəsində atılan addımlar və əldə olunan nəticələr ölkə əhalisi tərəfindən məmnunluqla qarşılanır. Keçirilən sosioloji tədqiqatlar da sübut edir ki, vətəndaşlar onların təhlükəsizliyi və sağlamlığı istiqamətində görülən kompleks tədbirləri yüksək qiymətləndirirlər.

Demokrat.az xəbər verir ki, nüfuzlu “Gallup International” təşkilatının dünyanın 47 ölkəsində keçirdiyi qlobal “İlin yekunları” tədqiqatının nəticələrinə görə, vətəndaşların hökumətin pandemiya ilə mübarizəsindən razılıq səviyyəsinə görə Azərbaycan liderlər sırasındadır. Belə ki, Azərbaycanda əhalinin böyük əksəriyyəti hökumətin koronovirusla bağlı yaranmış vəziyyətin öhdəsindən uğurla gəldiyi qənaətindədir.

Tədqiqata görə, ilk iki yerdə Vyetnam və Cənubi Koreya qərarlaşıb – bu ölkələrdə əhalinin 90-100 faizi hökumətin tədbirlərindən razıdır. Hindistan və Azərbaycanda isə rəyi soruşulanların 86 faizi bu məsələdə hökumətə dəstəklərini ifadə ediblər.

Qeyd edək ki, sorğuda 47 ölkədən 44 mindən artıq insan iştirak edib.

2010-cu ildən “Oxford” universitetinin nəzdində fəaliyyət göstərən “Blavatnik School of Government” da bu istiqamətdə sosioloji tədqiqat keçirib. Tədqiqat çərçivəsində 2020-ci ilin martından başlayaraq dünyanın 180-dən çox ölkəsinin COVID-19 ilə bağlı siyasətinə dair xüsusi indeks hazırlanır və gündəlik olaraq yenilənir.

Bu il yanvarın 1-nə olan nəticələrə görə, Azərbaycan bu indeks üzrə 84,26 bal toplayaraq Gürcüstan, Yunanıstan, Honduras, İtaliya, Liviya, Hollandiya və Venesuela ilə birlikdə 4-11-ci yerləri bölüşür. Ölkəmizin bu indeksdə ən yüksək reytinqi 2020-ci ilin avqustunda Honduras və Omandan sonra 93,52 bal ilə 3-cü yerdə qərarlaşması olub.
Loading...


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 apr 2021, 13:05
11 apr 2021, 11:12
Top