Siqaretlə bağlı qərar verildi: Qiymət bahalaşacaq

SOSİAL 01 fev 2021, 17:20
Azərbaycanda elektron siqaretlər üçün mayenin hər litrinə tətbiq olunan aksiz dərəcələri artırılır.

Demokrat.az
xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bu gün keçirilən plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə, elektron siqaretlər üçün mayenin hər litrinə tətbiq edilən aksiz dərəcələri 20 manatdan 220 manata qaldırılır.

Məcəlləyə dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top