Deputat: "Çətin yerlərdə xidmət edən hərbçilərimizə ikiqat ödəmələr edilməsi davam etsin"

GÜNDƏM 01 fev 2021, 11:48
“Qaradağ rayonunda dəfn edilən şəhidlərin məzarlarının yerləri ailələrinin istəyi ilə dəyişdirildi. Ümid edirəm ki, çətin yerlərdə xidmət edən hərbçilərimizə də ikiqat ödəmələr edilməsi davam edəcək”.

Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc deyib.

Deputat bildirib ki, qələbəmizi qorumalıyıq: “Şəhidlərlə, qazilərlə bağlı məsələlərin dərs kitablarına salınması üçün Prezidentin tapşırığını gözləməyə nə ehtiyac var? Bundan başqa, şəhidlərimizlə bağlı filmlər çəkilməli, kitablar yazılmalıdır. Bunun üçün də Prezidentin göstərişi lazımdır? Əgər elədirsə, bununla bağlı da komissiya yaradaq”.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top