Türkiyədə koronavirusla bağlı SON VƏZİYYƏT

DÜNYA 31 yan 2021, 23:27
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 128 nəfər dünyasını dəyişib.

“Haber Global” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin son statistikasında qeyd olunub.

Bildirilib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 6562 nəfər COVID-19 infeksiyasına yoluxub.

7006 nəfər isə sağalaraq xəstəxanadan buraxılıb.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları müəyyən edilməyən 2 477 463 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 362 415 nəfər sağalıb, 25 993 nəfər isə vəfat edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top