“Üçrəngli bayrağımız işğaldan azad edilən torpaqlarımızda dalğalandıqca, ruhu şad olur”

SOSİAL 31 yan 2021, 18:17
Xəbər verdiyimiz kimi bu gün Azərbaycan Demokratik Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. 

Moderator.az-a açıqlamasında M.Ə.Rəsulzadənin nəvəsi Rais Rəsulzadə onun doğum gününün bütün azərbaycanlıların bayramı olduğunu bildirib:

“Məmməd Əmin Rəsulzadənin necə xatırlanmasını sizin saytın kollektivi çox yaxşı bilir. Sadəcə olaraq sizləri təbrik etmək istəyirəm. M.Ə.Rəsulzadənin ad günü bütün 50 milyonluq azərbaycanlıların ad günüdür. Bu bizim ümumi bayramımızdır, o, tək mənim yox, hamımızın babasıdır. Bu il Rəsulzadənin ruhu ikiqat, üçqat şad olur, çünki onun yaratdığı üçrəngli bayrağımız işğaldan azad edilən torpaqlarımızda dalğalanır. Hər dəfə bayrağımız o torpaqlarda sancılarkən Məhəmədəminin ruhu şad olur. Arzu edirəm ki, torpaqlarımızın işğaldan azad edilməsi məsələsi tam qurtarsın, çünki bilirsiniz ki, burda hələ bizim Zəngəzur kimi məsələlərimiz var. Bütün bunlardan sonra daha da böyük sevinc hissi yaşayacağıq”. 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top