Bayden ABŞ-ın yeni xarici siyasət kursunu açıqlayacaq

DÜNYA 31 yan 2021, 10:05
ABŞ prezidenti Cozef Bayden bazar ertəsi – fevralın 1-də ilk dəfə geniş məzmunlu nitqlə çıxış edəcək.

Demokrat.az
xəbər verir ki, bu barədə yüksək vəzifəli mənbəyə istinadən “NBC News” telekanalı bildirib.

Qeyd edilir ki, siyasətçi rəhbərliyi altında olan ölkənin xarici siyasət kursundan danışacaq.

Mənbə telekanala bildirib ki, Bayden özünün ABŞ-ın dünyadakı yerinin bərpasına yönəldilmiş xarici siyasət təxəyyülünü təsvir edəcək.

Məlumata görə, çıxış zamanı Birləşmiş Ştatların İran, Rusiya, KXDR, Əfqanıstanla bağlı siyasi kursuna toxunulacaq.

Ağ Ev rəhbərinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib ki, Baydenin hakimiyyəti zamanı ABŞ və Rusiyanın münasibətləri mürəkkəb olacaq./“Report” 


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top