Ermənistanda əsirlikdə olan hərbçimiz Bakıya gətirilib

QARABAĞ 28 yanvar 2021, 21:26
Azərbaycan və Ermənistan arasında Rusiya sülhməramlılarının vasitəçiliyi ilə növbəti dəfə hərbi əsirlərin mübadiləsi həyata keçirilib. 

“İnterfaks”ın yaydığı xəbərə görə, bu barədə Rusiya sülhməramlı qüvvələrinin rəhbəri general-leytenant Rüstəm Muradov məlumat verib.

Rusiya Hərbi Kosmik Qüvvələrinin təyyarəsi ilə Bakıya bir nəfər hərbi əsir gətirilib, İrəvana isə beş nəfər qaytarılıb.

Qeyd edək ki, Rusiya sülhməramlılarının vasitəçiliyilə 2020-ci ilin dekabrın 14 və 28-də də əsirlərin mübadiləsi baş tutub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 iyul 2025, 22:58
Top