Baş nazir qaz təsərrüfatında problemlərlə bağlı tapşırıqlar verdi

DAXİLİ SİYASƏT 28 yan 2021, 20:21
Yanvarın 28-də Azərbaycanın Baş naziri Əli Əsədovun rəhbərliyi ilə respublikanın qaz təsərrüfatında mövcud problemlərə, o cümlədən qazdan səmərəli və təhlükəsiz istifadə qaydalarına həsr olunmuş videoformatda iclas keçirilib.

Nazirlər Kabinetindən Demokrat.az-a verilən məlumata görə, iclasda mövcud problemlərin həlli istiqamətində müzakirələr aparılıb, müvafiq tapşırıqlar verilib.

İclasda Azərbaycan Respublikası Baş Prokurorluğunun, Energetika, Fövqəladə Hallar, Ədliyyə, Maliyyə, İqtisadiyyat nazirliklərinin, həmçinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, SOCAR-ın və “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi iştirak edib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top