Türkiyə və Azərbaycanın Hərbi Dəniz Qüvvələri danışıqlar aparır


XARİCİ SİYASƏT 28 yan 2021, 18:59

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti "Azərbaycan-Türkiyə Hərbi Dəniz Qüvvələri arasında 8-ci Qərargah danışıqları" toplantısında iştirak etmək məqsədilə Ankara şəhərinə səfər edib.

Müdafiə Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, görüşdə iki ölkənin hərbi dəniz qüvvələri arasında əməkdaşlıq məsələləri müzakirə olunub, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb və müxtəlif məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Səfər zamanı nümayəndə heyəti Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni – Anıtqəbiri ziyarət edib, məzar önünə əklil qoyub və xatirəsini ehtiramla yad edib.

 

Loading...


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top