Ramiz Mehdiyev Əli Həsənova deyil, ona vəzifə verdi — FOTO

HADİSƏ 26 yan 2021, 23:17
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutuna direktor təyinatı olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, bu vəzifəyə professor Kərim Şükürov təyin olunub.

1956-cı il təvəllüdlü K.Şükürov eyni zamanda institutun Azərbaycanın tarixi demoqrafiyası şöbəsinin müdiridir. Məlumata görə, K.Şükürov direktor vəzifəsi ilə yanaşı, şöbə müdiri kimi də fəaliyyətini davam etdirəcək.

Xatırladaq: Bundan əvvəl Tarix İnstitutunun direktoru akademik Yaqub Mahmudov olub. Y.Mahmudov bir neçə gün öncə institutun direktoru vəzifəsindən azad edilərək AMEA prezidentinin müşaviri təyin edilib.
 
Qeyd edək ki, bu vəzifəyə Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun təyin ediləcəyi iddia olunurdu.
undefined
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top