“Keşlə”nin yeni baş məşqçisi bilindi

İDMAN 25 yanvar 2021, 12:11
“Keşlə” Futbol Klubunun baş məşqçisi vəzifəsinə təyinat baş tutub.

Demokrat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İdarə Heyətinin qərarına əsasən, Bakı komandasını Sənan Qurbanov çalışdıracaq.

40 yaşlı mütəxəssis ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Sənan Qurbanov buna qədər 2018/19-cu illər mövsümündə “Qəbələ”nin baş məşqçisi olub.

Xatırladaq ki, dünən Yunis Hüseynov komandanın baş məşqçi postundan istefa verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 iyul 2025, 23:49
Top