Ərdoğan dənizçilərin xilası üçün cəhdlərin davam etdiyini bildirdi

DÜNYA 25 yan 2021, 00:36
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücuma məruz qalan gəminin kapitanlarından Furkan Yarenlə telefonla danışıb.

“Report” "Habertürk"ə istinadən xəbər verir ki, hadisə ilə bağlı bütün prosesləri yaxından izləyən Türkiyə Prezidenti Qabonda lövbər salan gəmidən sağ qalan üç nəfərin sağlamlıq durumu haqqında məlumat alıb və yenidən sağalmaları ilə bağlı istəklərini çatdırıb.

Rəcəb Tayyib Ərdoğan gəminin dəniz quldurları tərəfindən girov götürülən heyət üzvlərinin xilas olunması üçün səylərin davam etdiyini bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top