“SpaceX” bir dəfəyə 143 peyki orbitə göndərdi

İKT 25 yan 2021, 00:20
Tanınmış milyarder İlon Maskın “SpaceX” şirkəti daha bir yeniliyə imza atıb.

“Haber Global”ın məlumatına görə, şirkətin mütəxəssisləri bir dəfəyə 143 peyki Yerin orbitinə göndərməyi bacarıblar.

Peykləri kosmosa daşıyan Falkon doqquz raketi Bakı vaxtilə saat 19:00-da ABŞ-ın Kanaveraldakı kosmodromundan havaya qalxıb.

Qeyd edək ki, raketin startı artıq bir dəfə əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb.

Ümumilikdə “SpaceX” orbitə 12 min peyk göndərməyi planlaşdırır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top