"Ermənistan bölgəni müharibə meydanına çevrilmək riskini daşıyır" — Melkonyan

SİYASƏT 24 yan 2021, 17:42
“Qarsdakı Türkiyə-Azərbaycan ortaq hərbi təlimlərinin yaratdığı təhdidlər gözardı edilə bilməz. Bu hərbi təlimlər cəmiyyətimizdə iki cür reaksiyaya səbəb oldu. Birincilər düşünür ki, bu təlimlər Ermənistan üçün heç bir təhlükə törətmir. Bunun səhv yanaşma olduğuna inanıram. Digər yanaşma isə belədir: Türkiyə və Azərbaycanın təkcə Ermənistan üçün deyil, həm də strateji tərəfdaşımız olan Rusiya daxil olmaqla bütün bölgə üçün təhlükə yaradır. Bu dövlətlərin hərəkətləri dövlətçiliyimizə, bölgəmizə təhlükə yaratmağa davam edir”.

Demokrat.az
xəbər verir ki, bu fikirləri erməni türkoloq Ruben Melkonyan keçirdiyi mətbuat konfransında bəyan edib.

Ruben Melkonyanın sözlərinə görə, Ermənistana təhlükə yaradan dövlətlərin hərbi təlimləri, hərbi əməliyyatlara hazırlıq və digər addımları potensial təhlükə kimi qəbul edilməlidir.

“Böyük bir müharibə mənzərəsi bölgəmizi təqib edir. Ancaq başlayanda hədəf hansı ölkələr olacaq – Rusiya və ya İran, hələ bəlli deyil, gəlin hadisələrin necə inkişaf edəcəyini gözləyək. Lakin, hər halda, Ermənistan hərbi əməliyyatlar meydanına çevrilmək riskini daşıyır. Bütün bunları görməzlikdən gəlmək səhvdir”, – deyə ekspert qeyd edib.

Onun sözlərinə görə, Qarsdakı təlimlər müntəzəm hərbi təlimlər olsa da, özündə açıq təhlükəni ehtiva edir, təcavüzkar siyasət yürütməyə davam edən dövlətlər tərəfindən həyata keçirilir. Bu bölgədəki məsələlər tam həll olunmayıb. Beləliklə, bu bölgədə hərbi əməliyyatların davametmə ehtimalının olduğunu düşünmək olar./Konkret.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top