Gəmiyə hücum: Azərbaycanlı öldürüldü, 15 nəfər girov götürüldü

HADİSƏ 24 yan 2021, 00:30
Nigeriyanın Laqos şəhərindən Cənubi Afrikanın Keyptaun şəhərinə gedən gəminin 19 nəfərlik heyəti olub.

İlkin məlumatlara görə, "Boden” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəminin heyət üzvlərindən 15 nəfəri zorla aparılıb. 

Gəminin dördüncü kapitanı radardan başqa bütün sistemlərin söküldüyünü, gəminin hazırda dəniz quldurlarının verdiyi koordinantlar əsasında hərəkət etdiyini bildirib.

Gəminin ikinci mühəndisi öldürülüb.

Öldürülən şəxsin azərbaycanlı Fərman İsmayılov olduğu qeyd olunur.


Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top