Şəkidə ağır qəza — Yaralılar var

HADİSƏ 23 yan 2021, 21:30
Şəkidə yol qəzası nəticəsində 3 nəfər xəsarət alıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb.

Belə ki, Şəki sakini 31 yaşlı Elnur Məmmədovun idarə etdiyi "VAZ-2109" markalı avtomobil 69 yaşlı Nəcəf Məmmədovun sükanı arxasında olduğu "VAZ-2106" markalı avtomobillə toqquşub. Nəticədə hər iki sürücü və "VAZ-2106"da olan sərnişin, 49 yaşlı Gülşən Bəşirova xəsarət alıb. Xəsarət alanlar dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına çatıdırıblar.

Faktla bağlı araşdırma aparılır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top