Cozef Bayden: "Ölkədə iqtisadi böhran dərinləşir"

DÜNYA 23 yan 2021, 20:25
"ABŞ-da koronavirus epidemiyası nəticəsində yaranan iqtisadi böhran get-gedə dərinləşir və qarşısını almaq üçün qətiyyətli tədbirlər görülməlidir".

Demokrat.az xəbər verir ki, bu barədə Prezident Cozef Bayden Ağ Evdə söylədiyi nitqində bildirib.

O, belə vəziyyətdə dövlətin vətəndaşlara əl tutmasının vacibliyini deyib.

Ölkə prezidentinin imzaladığı iki fərman böhrandan zərər çəkən ailələrin müdafiəsini, həmçinin federal dövlət qulluqçu və icraçılarına minimum məvacib (saatbaşı 15 dollar) və ödənişli təcili məzuniyyət verilməsini nəzərdə tutur.

Qeyd edək ki, yanvar ayının əvvəlində ABŞ-da işsizlərin sayı 16 milyona çatıb. Son bir həftə ərzində işsizlik müavinəti almaq üçün daha 900 min nəfərin müraciət etdiyi, 30 milyonadək ev təsərrüfatının ərzaq qıtlığı ilə üzləşdiyi bildirilir.

Koronavirus pandemiyası başlayandan bu yana ABŞ-da 24,7 milyon nəfər yoluxub, bunların 413 mini dünyasını dəyişib.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top