Nazir ali məktəblərdə pullu təhsilin ləğv ediləcəyi barədə fikirlərə münasibət bildirdi

SOSİAL 22 yan 2021, 12:45
“Təhsil haqqının ləğv edilməsi ilə bağlı fikirlər səsləndirilir. Əgər elə olsa, biz rəqabət prinsipindən uzaqlaşmıq olarıq”.

Demokrat.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Azərbaycanın ali təhsil müəssisələrində təhsil haqqı təxminən 2 500 manatdır: “Ali məktəblərdə ödənişli təhsilin qiyməti 500 manat olarsa, daha çox şəxs ali təhsil ala bilər. Təhsil haqqı ilə bağlı məsələyə fərdi qaydada baxmaq daha uyğundur. Bu il ərzində təhsil kreditlərinin təqdim edilməsini planlaşdırırıq. Bununla bağlı dövlət büdcəsindən 80 milyon manat vəsait nəzərdə tutulub”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top